“Real”ın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

10:29 22 Fevral 2023

“Real”da oynayan avstriyalı futbolçu David Alaba AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşünü buraxa bilər.

 

Sportarena.az “Nachrichten” nəşrinə istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununda (5:2) zədələnməsidir.

 

O, matçın 27-ci dəqiqəsində bud nahiyəsindən zədə alaraq əvəzlənib. Avstriya millisinin kapitanının bu səbəbdən Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altına düşüb.

 

Avstriya yığması martın 24-də Azərbaycan millisini, üç gün sonra isə Estoniyanı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti