Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, turnirin favoritlərindən sayılan “Mançester Siti” Almaniyada “Leyptsiq”in qonağı olub. Matç bərabərə qurtarıb - 1:1.
Digər oyun isə İtaliyada baş tutacaq. “İnter” doğma publika önündə “Portu” ilə üz-üzə gəlib. Matçı İtaliya təmsilçisi 0:1 hesabıyla qazanıb.
1/8 finalın əvvəlki oyunlarında “Milan” “Tottenhem”ə, “Bayern” PSJ-yə, Dortmund “Borussiya”sı “Çelsi”yə 1:0, “Benfika” isə “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
22 fevral
Leyptsiq (Almaniya) 1:1 Mançester Siti (İngiltərə) (yekun)
Qol: Qvardiol, 70 - Riyad Mahrez, 27
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, “RB Arena”
İnter (İtaliya) 1:0 Portu (Portuqaliya) (yekun)
Qol: Lukaku 85
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu