Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunun tarixinə düşüb.
Sportarena.az "Opta Sports"a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçudur.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 15-də olacaq.