Cerrard PSJ-nin baş məşqçisi ola bilər

12:34 22 Fevral 2023

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Fransa PSJ-sinin baş məşqçisi təyin oluna bilər.

 

Sportarena.az "The Scottish Sun" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi veteran yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir.

 

Klub rəhbərliyi hesab edir ki, 43 yaşlı mütəxəssis növbəti mövsüm komandada irəliləyişə nail ola bilər.

 

Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.


Xəbər xətti