Ukrayna Futbol Assosiasiyasının (UAF) Etika və Ədalətli Oyunlar Komitəsinin sədri Françesko Baranka Rusiya komandalarını danışılmış oyunlarda iştirakda ittiham edib.
Sportarena.az xəbər verir ki, UAF rəsmisi qurumun rəsmi saytına açıqlamasında "Fakel" (Voronej) klubunun bu işdə daha fəal olduğunu söyləyib. O, Voronej təmsilşçisinin bir çox şübhəli matçlarda iştirak etdiyini bildirib.
Barankanın sözlərinə görə, Rusiya təmsilçiləri ilə yanaşı, Türkiyə və Kiprin bəzi klubları da bukmeyker kontorları üçün oynayırlar.
Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmaları və klubları FIFA ilə UEFA-nın bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.