"Gent" - "Qarabağ" oyununa 10 mindən az bilet satılıb

13:49 22 Fevral 2023

Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

 

Sportarena.az "Nieuwsblad" nəşrinə istinadən xəbər verir ki, hələlik "Gelamko Arena"dakı qarşılaşma üçün 9 000 bilet alınıb.

 

11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir.

 

Nəşr marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib.

 

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti