Neymar Fransa çempionatının 24-cü turunun “Lill”lə oyununda (4:3) zədələnib. Tibbi müayinədən sonra onun topuğunun burxulduğu məlum olub.
Sportarena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat verib. Braziliyalının növbəti tibbi müayinəsi gələn həftənin əvvəlində olacaq.
Dizindən zədə alan müdafiəçi Nuno Mendeşin isə bu həftə məşqlərə başlayacağı bildirilir.