Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox qayda pozuntusu törədən komandalar bəlli olub.
Sportarena.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Qəbələ" qərarlaşıb.
"Qırmızı-qaralar" orta hesabla hər oyunda 14,5 dəfə qaydanı pozub. Növbəti sıralarda müvafiq olaraq "Turan Tovuz" (14,3), "Sabah" (14), "Səbail" (13,9), "Neftçi" (13,9), "Sumqayıt" (13,2), "Kəpəz" (13), "Şamaxı" (13), "Qarabağ" (12,6) və "Zirə" (12) qərarlaşıb.
Çempionatda ən çox qayda pozuntusundan əziyyət çəkən komanda isə "Səbail"dir. "Dənizçilər"də bu göstərici orta hesabla hər oyunda 14,3-ə bərabərdir.
Növbəti mövqelərdə "Zirə" (14,1), "Sumqayıt" (13,5), "Turan Tovuz" (13,2), "Sabah" (13,1), "Kəpəz" (13), "Qəbələ" (12,4), "Neftçi" (11,8), "Qarabağ" (11,7) və "Şamaxı" (11,3) yer alıb.
Qeyd edək ki, sözügedən araşdırma 2022/2023 mövsümündə fevralın 21-dək olan matçlara əsasən aparılıb.