“Neftçi”nin və “İnter”in (“Şamaxı”) sabiq futbolçusu Georgi Navalovski məşqçiliyə başlayıb.
Sportarena.az xəbər verir ki, o, “Saburtalo” klubunda çalışacaq. Bu barədə Gürcüstan təmsilçisinin saytı məlumat yayıb.
Bildirilir ki, Navalovski baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.
36 yaşlı sabiq futbolçu keçən ilin dekabrında futbolçu karyerasını başa vurmuşdu.
Navalovski 2009/10 mövsümündə “İnter”in, 2016/17 mövsümündə “Neftçi”nin formasını geyinib.