“Üçüncü qoldan sonra əsəbiləşdim” - “Liverpul”un kapitanı

17:21 22 Fevral 2023

“Liverpul”un kapitanı Cordan Henderson UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la oyununu (2:5) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın qırılma nöqtəsi haqda danışıb:

“İlk hissədə çox yaxşı oynadıq. Fasiləyə bərabərliklə getməyimiz çox təəssüf doğurur. Səhvlər etdik, “Real” bizi cəzalandırdı.

Rəqibin vurduğu ikinci qol səhv nəticəsində oldu. Üçüncü qoldan sonra əsəbiləşdim. Məhz ondan sonra oyun qırıldı”.

 

“Liverpul”la “Real” arasında cavab oyunu martın 15-də, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti