"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi "Trabzonspor"un futbolçusu Fode Koyta ilə danışıq aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bir neçə Super Liqa təmsilçisindən təklif alan qvineyalı forvard onları rədd edib. 32 yaşlı hücumçu "Qarabağ"la razılıq əldə etməyə yaxındır. Azərbaycan klubu üçün futbolçunun meneceri "Trabzonspor" rəhbərliyi ilə görüş keçirib. Qara Dəniz təmsilçisi ilə razılıq əldə olunsa, Qvineya millisinin üzvü "Qarabağ"a keçəcək.
Qeyd edək ki, "Trabzonspor" Fode Koytanı mövsümün əvvəlində "Kasımpaşa"ya icarəyə verib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına kimidir.