“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, “köhlən atlar” Belçikada “Gent”in qonağı olub. 90 dəqiqə rəqibin 1:0 hesablı üstünlüyü ilə bitib, əlavə vaxtda isə qapılara qol vurulmayıb. Penaltılarda Belçika təmsilçisi 5:3 qalib gələrək mərhələ adlayıb. "Qarabağ" isə avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.
Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 fevral
Gent (Belçika) 1:0 Qarabağ (Azərbaycan) (yekun)
Qol: Orban 74
İlk oyun - 0:1
Penaltılar - 5:3
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun – 0:1
Gent, “Gelamko Arena”
"Gent": 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo
"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev