“Barselona”nın baş məşqçisi Xavi “Arsenal”ın çalışdırıcısı Mikel Arteta haqda danışıb.
Sportarena.az “Goal” nəşrinə istinadən xəbər verir ki, o, həmyerlisinin uğurlu məşqçi olacağına inandığını deyib:
“Artetanın “Arsenal”dakı çıxışı və uğuru məni təəccübləndirmir. Mən Pep Qvardiolanın köməkçisi kimi çalışmışam. Eyni zamanda, “Barselona”nın mərkəz yarımmüdafiəçisi kimi çıxış etmişəm. Hər zaman inanırdım ki, Arteta məşqçi kimi uğur qazanacaq”.
“Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlinə 54 xalla başçılıq edir. Onların ən yaxın izləyicisi isə Qvardiolanın “sükanı arxasında” olduğu “Mançester Siti”dir (52 xal).