“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının pley-off mərhələsinin “Barselona” ilə cavab qarşılaşmasından öncə gözləntilərini bölüşüb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisi ilə qarşılaşacaqları üçün xoşbəxt olduğunu dilə gətirib:
“Biz yeni gələcək qurmaq istəyirik. “Barselona”nın böyük klub olduğunu bilirik. Onlarla qarşılaşacağımız üçün xoşbəxtik. Həqiqətən də, çətinliyin öhdəsindən gəlmək istəyirik”.
İlk oyunda tərəflər 2:2 hesablı “sülh”ə razılaşıblar. “Mançester Yunayted” – “Barselona” qarşılaşması bu gün, İngiltərədə keçiriləcək.