"Beşiktaş"ın prezidenti: Çempion pley-off-la müəyyənləşsin

19:47 23 Fevral 2023

"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi maraqlı təklif irəli sürüb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar"ın rəhbəri Super Liqanın qalibinin pley-off sistemi ilə müəyyənləşməli olduğunu deyib. O, zəlzələyə görə "Hatayspor" və "Qaziantep" klublarının çempionanta iştirakını dayandırdığı üçün belə bir təkliflə çıxış edib.

 

Ahmet Nur Çebinin təklifini "Qalatasaray" və "Fənərbaxça"dan başqa bütün klubların qəbul etdiyi bildirilir.

 

Qeyd edək ki, 22 turdan sonra Türkiyə Super Liqasına 54 xalla "Qalatasaray" liderlik edir. Bir oyun az keçirən və 45 xalı olan "Fənərbaxça" ikinci pillədə qərarlaşıb. 21 oyuna 39 xal toplayan "Beşiktaş" isə dördüncü yerdədir.


Digər xəbərlər

Xəbər xətti