“Neftçi” bu dəfə son çempionla bacarmadı

21:34 23 Fevral 2023

Bu gün futzal üzrə Yüksək Liqada 14-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutub.

 

İlk oyunda “Baku Fire” “Record” üzərində böyükhesablı qələbə qazanıb.

 

Növbəti görüş “Alyans”la U-19 arasında olub. Sonuncu pillənin bir növ taleyini həll edən və Səudiyyə Ərəbistanından olan referilərin idarə etdiyi qarşılaşmanı FİFA instruktoru Perri Qautye də izləyib. Məhsuldar keçən bu görüşün sonunda 3 xalı “Alyans” bayram edib.

 

Turun son matçında isə iddialılar üz-üzə gəlib. Lider “Araz Naxçıvan” cari mövsümdə ondan xal almağı bacaran “Neftçi”yə bu dəfə şans verməyib. Fasiləyə qədər rəqib torunu iki dəfə silkələyən son çempion ikinci hissədə də üstünlüyünü əldən verməyib və yekunda xal ehtiyatını bir qədər də zənginləşdirib.
 

Yüksək Liqa

14-cü tur

23 fevral

Record – Baku Fire 1:8

Qol: Mojtaba Vali, 23:24 – Yaqo Henrike, 2:16. Leonardo, 7:20. Tofiq Əliyev, 9:46; 14:37; 23:40; 32:40. Oktay Rüstəmli, 11:04; 15:55.

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov.

Hakim-inspektor: Azad Hüseynov.

“Olimpik Star”. Saat 15:00

 

Alyans – U-19 6:5

Qol: Mohammadhossein Heydarpoor, 6:08. Aqa Takliq Ali, 13:57. İmaməli Hüseynov, 18:57; 20:30. Elşən Əliyev, 29:22; 30:47 – İlham Alıyev, 21:30; 34:40. Fərid Abbasov, 25:01; 34:57. Əhməd İsmayılov, 32:46.

Hakimlər: Rayan Avad Alamri, Xalid Ahmed, Ramil Namazov.

Hakim-inspektor: Elçin Səmədli.

“Olimpik Star”. Saat 17:00.

 

Araz Naxçıvan – Neftçi İK 6:1

Qol: Nata Felipe de Moraes, 16:07. Anar Məmmədov, 16:48-öz qapısına. Xətai Bağırov, 29:51; 34:50; 39:07. Katatau, 32:36 – Ali Mikaeli, 33:34.

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov.

Hakim-inspektor: Mehman Mahmudov.

“Olimpik Star”. Saat 19:00.

 

Xal: Araz Naxçıvan – 40. Baku Fire – 31. Neftçi İK – 26. Record – 18. Alyans – 6. U-19 – 3.


Digər xəbərlər

Xəbər xətti