"Qarabağ"ın legioneri cəzalı duruma düşüb

00:45 24 Fevral 2023

"Qarabağ"ın futbolçusu Marko Veşoviç avrokuboklarda cəzalı duruma düşüb.

 

Sportarena.az xəbər verir ki, buna monteneqrolu sağ cinah müdafiəçisinin Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda sarı vərəqə görməsi səbəb olub. Bu, 32 yaşlı oyunçunun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığıdır.

 

"Köhlən atlar" "Gent" səddini adlayacağı halda Veşoviç 1/8 finalın ilk matçını buraxmalı olacaq.

 

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.


Digər xəbərlər

Xəbər xətti