“İlk hissədəki kimi oynasaydıq, “Qarabağ”ı keçə bilməzdik”

09:44 24 Fevral 2023

Belçikanın “Gent” komandasının baş məqşçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“İkinci hissədə və əlavə vaxtda daha yaxşı oynadıq. İlk hissədəki kimi oynasaydıq, heç vaxt növbəti mərhələyə vəsiqə qazana bilməzdik. Biz bunu 90 dəqiqə ərzində edəcəyimizə ümid edirdik. Lakin komandamın reaksiyası və matça yanaşmasından razı qaldım. Futbolçularımla qürur duyuram. Onlar bu gün əla idilər!

 

Oyunun başlama saatından narazılıq edən Vanhazebruk sonda mükafatla da bağlı açıqlama verib:

“Mən heç vaxt pulu düşünməmişəm. Mənə heç nə lazım deyil. Futbolçularım xoşbəxtdirsə, digər şeylərin heç bir əhəmiyyəti yoxdur”.


Digər xəbərlər

Xəbər xətti