Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma saat 15:00-da başlayacaq.
Komandalar iki səbətə bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində qərarlaşıb.
Bu mərhələdə eyni ölkənin komandaları bir-birinə rəqib ola bilməzlər.
1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Avropa Liqası, 1/8 final
Səpələnmişlər
“Arsenal” (İngiltərə)
“Betis” (İspaniya)
“Fənərbağça” (Türkiyə)
“Ferentsvaroş” (Macarıstan)
“Feyenoord” (Niderland)
“Frayburq” (Almaniya)
“Real Sosyedad” (İspaniya)
“Union” (Belçika)
Səpələnməmişlər
“Yuventus” (İtaliya)
“Bayer” Leverkuzen (Almaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Roma” (İtaliya)
“Şaxtyor” Donetsk (Ukrayna)
“Sevilya” (İspaniya)
“Sportinq” (Portuqaliya)
“Union” Berlin (Almaniya)