UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ada “Yuventus”dan Anxel di Mariya, “Şaxtyor”dan (Donetsk) Anatoli Trubin, “Union”dan (Berlin) Yosip Yuranoviç və “Bayer”dən Florian Virts namizəddir.
Konfrans Liqasında isə namizədlər “Fiorentina”dan Cakomo Bonaventura, “Lex”dən Mikael İshak, “Şerif”dən Məhəmməd Diop və “Anderlext”dən Bart Verbruggendir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.