“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/16 finalının “Barselona” ilə cavab görüşü (2:1) barədə danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, parlaq qələbə qazandıqlarını deyib:
“İlk hissədə yaxşı epizodlarımız oldu. Antoni və Alexandro Qarnaçonun matçı daha da sürətli edəcəyini öncədən proqnozlaşdırmışdım. Onlar heç kimdən qorxmurdu. Bu, parlaq qələbədir.
İspaniya çempionatında ən yaxın izləyicisini səkkiz xal qabaqlayan “Barselona”nı məğlub etdik. Mükəmməl oynadıq”.
İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” Kataloniya təmsilçisini 4:3 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, MY-nin 1/8 finaldakı rəqibi bu gün keçiriləcək püşkatmadan sonra məlum olacaq.