"Turan Tovuz", ümumiyyətlə, Ayxan Abbasovun komandaları heç vaxt təslim olmur. Azarkeşlərin də dəstəyi ilə sonadək mübarizə aparırlar".
Sportarena.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matçın maraqlı alındığını bildirib:
"Rəqibin son oyunlardakı nəticələrini nəzərə alsaq, səfər görüşünün çətin keçəcəyini bilir, vəziyyəti dərk edirdik. Qarşımızda son vaxtlar əla çıxış edən komanda var idi. Tovuzda oynamaq, xal və ya xallar qazanmaq çətindir".
O, ilk hissənin tam istədikləri kimi keçdiyini söyləyib:
"Amma ikinci yarı çətin oldu ki, bu da gözlənilən idi. Daha çox mübarizə apardıq, əks hücumlara bel bağladıq. Bəli, 1-2 standart vəziyyətdə rəqibin fərqlənmək imkanları oldu. Onda da Mehdi Cənnətov çox inamlı çıxış etdi. Komandamı təbrik edirəm. Çox yaxşı və vacib qələbə qazandıq".