Özünü Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu sayır

17:14 24 Fevral 2023

Qış fasiləsində "Qarabağ"ı Rusiyanın "Krasnodar" klubuna dəyişən braziliyalı yarımmüdafiəçi Kadi Borges özünü Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu sayır.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı oyunçu bu barədə "metaratings.ru" saytına müsahibəsində deyib.

 

O, "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin sizi Azərbaycan çempionatının ən yaxşısı hesab etməsi fikri ilə razısınız?" sualına gülərək "Bəli, razıyam" deyə cavab verib.

 

Təcrübəli futbolçu özünün güclü tərəflərini də açıqlayıb:

"Ən birincisi çeviklikdir. Komandaya lazım olsa, mövqeyimi dəyişmək mənim üçün çətin deyil. Ötürmələrlə oynamağı və orta məsafədən zərbələr vurmağı xoşlayıram. Amma indi komanda yoldaşlarımla işləmək vacibdir ki, bir-birimizin imkanlarından gözəl şəkildə istifadə edək".

 

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub.


Digər xəbərlər

Xəbər xətti