“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunun “Zirə” ilə keçirilən oyunu ilə bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, Abbasov 0:2 hesabı ilə uduzduqları matçla bağlı bunları deyib:
“Üzücü məğlubiyyət oldu. Özümüz üçün də maraqlı idi ki, yuxarı pillələrdə qərarlaşan komandalarla necə mübarizə aparacağıq. Rəqib komandanın ustalıq səviyyəsi öz sözünü dedi. Oyun baxımından narahatlıq yoxdur. Matç bizim üstünlüymüz şəraitində keçdi. Qol vəziyyətlərimiz var idi. Matçın kritik vaxtında standart vəziyyətdən qol buraxdıq. Qarşıda çox oyun var. Belə matçlarda, belə təzyiqdə qərar verməkləri futbolçuların inkişafı üçün vacibdir.
Rəhbərliklə növbəti mövsümlə bağlı danışıqlarımız olub. Çempionatda iddialı olmaq çox böyük büdcə tələb edir. 5-6 komanda var ki, onlarla mübarizə aparmağımız asan deyil. Gələn il çempionat daha çətin olacaq. Lazım olan addımları atacağıq. Öncə büdcəmiz bəlli olmalıdır”.