UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Türkiyə klublarından “Sivasspor”un rəqibi İtaliya “Fiorentina”sı olub.
“Başakşəhər” isə “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.
Konfrans Liqası, 1/8 final
AEK (Larnaka, Kipr) – Vest Hem (İngiltərə)
Fiorentina (İtaliya) – Sivasspor (Türkiyə)
Latsio (İtaliya) – AZ (Niderland)
Lex (Polşa) – Yurqarden (İsveç)
Bazel (İsveçrə) – Slovan (Slovakiya)
Şerif (Moldova) – Nitsa (Fransa)
Anderlext (Belçika) – Vilyarreal (İspaniya)
Gent (Belçika) – Başakşəhər (Türkiyə)