"Qarabağ"a qarşı derbi oyununa çıxacağıq. Əvvəlki oyunlara necə hazırlaşmışdıqsa, bu matça da eyni qaydada hazırlaşırıq. Öz gücümüzü və nəyə qadir olduğumuzu bilirik. Səfərdə "Qarabağ"a qarşı yaxşı oyun göstərərək qələbə qazana bilərik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı İvan Brkiç klubun yutub kanalına açıqlamasında deyib.
Xorvatiyalı qilkiper ardıcıl dörd oyundur ki, qol buraxmamasını da şərh edib:
"Neftçi"yə gəldikdən sonra ilk dəfədir belə seriya baş verir. Dörd oyundur ki, eyni heyətlə oynayırıq. Bu da bizə yaxşı tərəfdən təsir göstərir. Bir-birimizi meydanda daha yaxşı başa düşə bilirik. Bu, bizim üçün yaxşıdır. Ardıcıl dörd oyunda qol buraxmamağımız təkcə mənim uğurum deyil. Burada bütün futbolçularımızın xidməti var. Ümid edirəm ki, bunu qoruyub-saxlaya biləcəyik. "Qarabağ"la matçda da bunu davam etdirməyi düşünürəm".