Braziliyalı keçmiş futbolçu Ronaldinyo İspaniya media liqasında çıxış edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə “Kings League InfoJobs”-un “tvitter” hesabında məlumat verilib. “Pio” və “Porsinos” arasında baş tutacaq oyun fevralın 26-da keçiriləcək.
“Kings League” şou-biznes ulduzlarının və keçmiş futbolçuların iştirakı ilə keçirilən İspaniya mediasının futbol turniridir. Matçlar Barselona şəhərində, 7×7 formatında keçirilirir və 40 dəqiqə davam edir.
Ronaldinyo “qızıl top”u qazanmaqla yanaşı, 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib. O, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionatının qalibi olub.