Çempionlar Liqası: Ən çox oyun keçirən baş məşqçilər

11:03 25 Fevral 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 8 mütəxəssis 100 və daha çox matça komanda çıxarıb.

 

Son olaraq İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp siyahıya qoşulub. Turnirin 1/8 final mərhələsində İspaniya təmsilçisi “Real Madrid”lə (2:5) keçirilən qarşılaşma almaniyalı mütəxəssisin 100-cü görüşü olub.

 

Siyahıya Aleks Ferqyuson başçılıq edir. Şotlandiyalı 1980-2013-cü illər aralığında ÇL-də 202 oyun həyəcanı yaşayıb.

 

Məşqçi

Ölkəsi

Oyun

İllər

1

Aleks Ferqyuson

Şotlandiya

202

1980-2013

2

Karlo Ançelotti

İtaliya

186

1997-

3

Arsen Venger

Fransa

184

1988-2017

4

Pep Qvardiola

İspaniya

155

2008–

5

Joze Mourinyo

Portuqaliya

145

2002–

6

Mirça Luçesku

Rumıniya

115

1998–

7

Massimiliano Alleqri

İtaliya

100

2010–

8

Yurgen Klopp

Almaniya

100

2011–

 

Qeyd edək ki, araşdırma turnir Çempionlar Liqası adını daşıdığı 1992-ci ildən etibarən aparılıb.


Digər xəbərlər

Xəbər xətti