Bellingem bu kluba keçmək istəyir

11:19 25 Fevral 2023

“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingem “Liverpul”a keçməyə hazırdır.

 

Sportarena.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinə azarkeşlik etdiyi üçün bu keçidə isti yanaşır.

 

İngiltərəli futbolçu 2023/24 mövsümündə “Liverpul”un UEFA Çempionlar Liqasında iştirak edə bilməmək ehtimalını da nəzərə alıb.

 

Bellingemin Dortmund təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

19 yaşlı futbolçu 2022/23 mövsümündə “Borussiya”nın heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti