“Mançester Yunayted”in futbolçusu Kazemiro İngiltərə Premyer Liqasını və İspaniya La Liqasını müqayisə edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən ilin yayında “kral klubu”nu “qırmızı şeytanlar”a dəyişən “sambaçı” hər iki çempionata hörmət etdiyini bildirib:
“Dürüst olacam: İngiltərədə hər şey fərqlidir. Burada olan oyunların intensivliyi daha yüksəkdir. Premyer Liqadakı matçlar La Liqaya nisbətən daha çətindir. İspaniyada “tiki-taka”ya üstünlük verirlər.
Hər bir liqanın özünəməxsus keyfiyyətləri var. Həm İngiltərə, həm də İspaniya çempionatına hörmət edirəm. Əsas məsələ oyunçuların qısa müddətdə uyğunlaşmasıdır”.
Kazemiro cari mövsümdə “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında 17 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.