UEFA PSV - "Sevilya" oyunu ilə bağlı intizam işi açıb

12:47 25 Fevral 2023

UEFA Niderlandda PSV və İspaniya "Sevilya"sı arasında keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundakı insidenti araşdırır.

 

Sportarena.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Eyndhoven təmsilçisinin azarkeşlərindən birinin meydana daxil olaraq qonaq komandanın qapıçısı Marko Dmitroviçə hücum çəkməsi ilə bağlı intizam işi açılıb.

 

Hadisə görüşün sonlarına yaxın baş verib. Aqressiv fanat qolkiperi vurmaq istəsə də, buna nail ola bilməyib. Çünki serbiyalı oyunçu onu yerə yıxaraq zərərsizləşdirib.

 

Qeyd edək ki, oyun PSV-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri İspaniyadakı ilk matçda 0:3 hesabı ilə uduzduqlarından, avrokuboklarda mübarizəni dayandırıblar.


Digər xəbərlər

Xəbər xətti