Potterə və övladlarına ölüm arzulayırlar

15:50 25 Fevral 2023

“Çelsi”nin baş məşqçisi Qrem Potter London təmsilçisinin azarkeşlərinin ona ünvanladığı elektron-məktublar barədə danışıb.

 

Sportarena.az “Reuters”-ə istinadən xəbər verir ki, Potter “zadəganlar”ın fanatlarının ona və övladlarına ölüm arzulaması ilə bağlı mesajlarını diqqətə çatdırıb:

“Dəstək mesajları ilə yanaşı, mənim və övladlarımın ölümünü arzulayan mesajlar da azarkeşlər tərəfindən elektron-poçt ünvanıma göndərilir. Bu, xoşagəlməzdir.

Belə olduğu halda, necə davranmalıyam? Həmişə demişəm: nə qədər zirvədə olsaz, bir o qədər təzyiqlə üz-üzə gələcəksiz”.

 

Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 31 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti