"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia maraqlı addım atıb.
Sportarena.az xəbər verir ki, əlcəzairli legioner instaqram profilini bir müddətlik dondurub.
Futbolçu "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə Belçikada keçirilən oyunundan sonra bu addımı atıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu oyunsonrası penaltilər seriyasında qeyri-dəqiq oynamışdı.
"Lion", "Fənərbaxça", "Lill", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynamış Benzia qış "transfer pəncərəsi" zamanı "Qarabağ"la müqavilə imzalamışdı. Yarımmüdafiəçi 2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.