"Onları komandada saxlamaq çətin olmayacaq" - "Napoli" prezidenti

20:25 25 Fevral 2023

“Napoli”nin prezidenti Aurelio De Laurentis Viktor Osimhen və Xviça Kvaratsxeliyanın mümkün gedişi ilə bağlı verilən sualları cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, “TNT Mexico”ya danışan klub prezidenti hər iki legioneri komandada saxlaya biləcəklərini söyləyib:

"Müqavilə danışıqlarını çox yaxşı bacarıram. Deməli, Osimhen və Kvaratsxeliyanı komandada saxlamaq çətin olmayacaq. Ancaq heç vaxt “heç vaxt” deməmək lazımdır. Bəzən elə təkliflər olur ki, imtina etmək olmur. Bu mənada, nə vaxt nəyin baş verəcəyini ehtimal edə bilmərik. Düşünürəm ki, biz onların uzun müddət meydanda parlamasını izləyə biləcəyik".
 

Xviçanın müqaviləsi 2027-ci il iyunun 30-u, Osimhenin isə 2025-ci il oyunun 30-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti