Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan matçda “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəliblər.
Gəncəlilər dogma azarkeşlərinin də dəstəyi ilə rəqib üzərində 83:73 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Kolin Törner (22 xal, 11 assist), “Neftçi”dən isə Qlen Börns (19 xal, 4 ribaund) olublar.
Tura fevralın 26-da Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq. Daha öncə “AAAF Xırdalan” “Sərhədçi”yə (73:66), “Sabah” isə NTD-yə (82:72) qalib gəlib.