Azərbaycan Premyer Liqasının 24-cü turunun "Qarabağ” – “Neftçi" görüşünün biletləri sabah 11:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.
Sportarena.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" qarşılaşmasına 20:00-da start veriləcək.