“Fənərbaxça” Mahir Emrelinin komandasını darmadağın etdi - VİDEO

09:29 26 Fevral 2023

Türkiyə Super Liqasında 23-cü turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

 

“Fənərbaxça” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini heyətinə qatan Konya təmsilçisi səfərdə darmadağına üzülüb. Mahir bu görüşün iştirakçısı olmayıb. Üç qolun qeydə alındığı “Girəsunspor” – “Kayserispor” matçında isə qonaqlar qalib gəliblər.

 

Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncü pillədə qərarlaşıb. 

 

Türkiyə Super Liqası

23-cü turun oyunları

25 fevral

Fənərbaxça – Konyaspor 4:0

Qol: Valensiya, 13-pen; 45+6. Kinq, 61. Salai, 78.

 

Girəsunspor – Kayserispor 1:2

Qol: Bayiç, 58 – Mane, 6. Tiam, 40.


Digər xəbərlər

Xəbər xətti