Fransa millisinin sabiq futbolçusu Tyerri Anri Romelu Lukaku barədə danışıb.
Sportarena.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, belçikalı hücumçuya “Çelsi”də mümkün çətinliklərlə qarşılaşa biləcəyi ilə bağlı xəbərdarlıq etdiyini deyib:
“Çelsi”yə keçəndə onunla danışdıq. Mən ona Tomas Tuxelin rəhbərliyi altında problemlər yaşayacağını dedim. Çünki üslubları tamamilə fərqlidir. Lukaku topu axtarmağı sevmir. O, tələb olunanı etməyi xoşlayır”.
29 yaşlı Lukaku icarə əsasında forma geyindiyi “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 14 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.