“Real”ın baş məşqçisi Karlo Ançelotti 18 yaşlı Alvaro Rodrigesin İspaniya çempionatının 23-cü turunun “Atletiko” ilə matçında (1:1) vurduğu qolu şərh edib.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:
“Alvaro meydana çıxdı və qolunu vurdu. Bu, onun üçün çox yaxşıdır. Çünki bu, onun “Santyaqo Bernabeu”da ilk qoludur”.
Qeyd edək ki, Rodriges 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc oyunçu olub.