Futbol üzrə Rusiya millisi İran yığması ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Əmir Mehdi Əllavi məlumat verib.
Qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.
Məlumatda bildirilir ki, ölkələrin futbol federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.
2022-ci ildə Rusiya millisi üç yoldaşlıq oyunu keçirib. Ruslar Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıblar.
2022-ci ilin fevralında FİFA və UEFA Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.