"Beşiktaş" Türkiyə Super Liqası çərçivəsində doğma meydanda "Antalyaspor"u qəbul edib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşləri meydana minlərlə oyuncaq atıblar. Bu oyuncaqlar zəlzələ qurbanı olan uşaqlara bağışlanacaq.
Qeyd edək ki, 6 fevral tarixində Türkiyənin 10 vilayətində baş vermiş zəlzələ nəticəsində 45 mindən çox insan həyatını itirib.