İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.
“Atletik” – “Jirona” və “Sevilya” – “Osasuna” oyunlarında qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. “Selta” “Valyadolid”lə ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb. Səfərdə “Almeriya” ilə qarşılaşan lider “Barselona” isə meydanı xalsız tərk edib.
İspaniya La Liqası
23-cü tur
26 fevral
Atletik – Jirona 2:3
Qol: Berçiçe, 35. R.Qarsiya, 89 – A.Qarsiya, 4. De Markos, 19-öz qapısına. Vesqa, 45+1-öz qapısına.
Selta – Valyadolid 3:0
Qol: Seferoviç, 17. Veyqa, 32; 64.
Almeriya – Barselona 1:0
Qol: Ture, 24.
Sevilya – Osasuna 2:3
Qol: Qudel, 63. Ən Nəsiri, 78 – D.Qarsiya, 18. Fernando, 68-öz qapısına. Ezzalzuli, 85