"Feyenoord"un müdafiəçisi Azərbaycan millisinə qarşı oynaya bilər

12:09 27 Fevral 2023

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununda iştirak edə bilər.

 

Sportarena.az xəbər verir ki, Niderland "Feyenoord"unda çıxış edən 30 yaşlı müdafiəçi zədəsini sağaldıb. Ötən ay dizindən əməliyyat olunan arxa xətt oyunçusunun 2 ay oynamayacağı bildirilsə də, o, sıraya vaxtından əvvəl qayıdıb.

 

Təcrübəli futbolçu hətta "Feyenoord"un səfərdə "Fortuna Sittard"a 4:2 hesabı ilə qalib gəldiyi Erediviziya matçının 78-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.


Digər xəbərlər

Xəbər xətti