Milli boksçular beynəlxalq turnirdə iki medal qazandılar

12:55 27 Fevral 2023

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş “Strandja” beynəlxalq turnirini iki medalla yekunlaşdırıblar.

 

Sportarena.az xəbər verir ki, qadınların mübarizəsində Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan “gümüş”lə kifayətlənib.

 

Kişilərin yarışında isə Məhəmməd Abdullayev (+92 kq) 3-cü olub.

 

Turnirdə 40-a qədər ölkədən 398 idmançı (256 kişi, 142 qadın) mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti