İbrahimoviç 280 günlük aradan sonra meydana çıxdı

14:46 27 Fevral 2023

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” ilə oyununda (2:0) baş verib. İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunu əvəzləyərək meydana çıxıb.

 

Xatırladaq ki, may ayında İbrahimoviç əməliyyat olunub, bundan sonra reabilitasiya prosesi keçib. 42 yaşlı hücumçu ötən mövsüm “rossonerilər”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Eyni zamanda, İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağrıla bilər.


Digər xəbərlər

Xəbər xətti