AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

15:03 27 Fevral 2023

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərib.

 

Sportarena.az "report"a istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb. O, Türkiyənin İstanbul şəhərində "Vakıfbank" və Polşanın "LKS Lodz" komandaları arasında keçiriləcək play-off matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

 

Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benonedir.

 

Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti