Super Liqa klubunun baş məşqisi istefa verdi

15:26 27 Fevral 2023

Türkiyənin “Alanyspor” klubu baş məşqçisi Françesko Farioliylə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis “Qalatasaray”a qarşı keçirdikləri yoxlama oyunundan (2:4) sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edib.

 

Türkiyə mətbuatının yazdığına görə, Farioli ayrılıq səbəbi kimi İtaliyada yaşayan ailəsinə daha çox vaxt ayırmaq istədiyini söyləyib.

 

Xatırladaq ki, “Alanyaspor” Fariolinin rəhbərliyi altında keçirdiyi 40 oyunda 17 qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti