Liqa 1-in 25-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, Messi bu oyunda rəqib qapısına yol tapmaqla klub karyerasındakı 700-cü qoluna imza atıb.
O, bu saya 840-cı oyununda çatıb. PSJ-də 28-ci qolunu vuran futbolçu daha öncə “Barselona”da da rəqib qapılarından 672 top keçirib.
Xatırladaq ki, Messi bu mövsüm meydana çıxdığı 20 oyunda 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.