Şəxsi Avropa çempionatına qatılacaq Azərbaycan şahmatçılarının adları açıqlanıb

16:51 27 Fevral 2023

Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində start götürəcək kişilər arasında şəxsi Avropa çempionatına qatılacaq Azərbaycan şahmatçılarının adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qitə çempionatında ölkəni 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.

 

Ümumilikdə şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq.

 

“OPEN” turnir xarakteri daşıyan şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir.


Digər xəbərlər

Xəbər xətti