“Barselona”nın hücumçusu Robert Levandovski zədələnib.
Sportarena.az Kataloniya klubunun rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, 35 yaşlı polşalı futbolçunun əzələsində problem aşkarlanıb.
O, martın 2-də, Madriddə “Real” qarşı keçirəcəkləri İspaniya kubokunun ilk yarımfinal oyununu buraxacaq.
Levandovskinin martın 19-da, La Liqanın 26-cı turunda, elə “Real”la oyunda yaşıl meydana dönəcəyi gözlənilir.
“Barselona” ilə “Real” arasında kubokun cavab görüşü aprelin 5-də keçiriləcək.